AZ

Bakıda Afrikanın gələcəyi ilə bağlı müzakirələr aparılıb

XIII Qlobal Bakı Forumu çərçivəsində "Afrika – bu gün və sabah" adlı panel sessiya keçirilib.

"Far.Az"un məlumatına görə, Avropa İttifaqı Şurasının sabiq rəhbəri Şarl Mişel Afrikada 50-dən çox ölkənin mövcud olduğunu deyərək qitədəki təşkilatlarla əlaqələri genişləndirməyi zəruri sayıb:

"Bu gün dünyada münaqişələr səbəbindən çətinliklər yaşanır və vəziyyət artıq faciəvi formaya çevirilib".

Maltanın sabiq baş naziri Cozef Muscat bildirib ki, Afrikanın gələcəyi bir çoxlarına görə qitə ölkələrinin özündən asılıdır:

"Lakin bu, doğru deyil. Biz bu ölkələrə dəstək göstərməliyik".

Avropa Komissiyasında Miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə sabiq komissarı Dimitris Avramopoulos vurğulayıb ki, Afrikaya müstəmləkə kimi baxmaq lazım deyil:

"Güclü və hərtərəfli tərəfdaşlıq qurulmalıdır. Maraqlı dairələr regiona daxil olub. Afrikada həmrəylik yoxdur. Demokratik idarəçilikdə boşluqlar var. Afrikanı bölmək yox, inkişafı üçün işlər aparmaq lazımdır".

BMT-nin Somali üzrə sabiq xüsusi elçisi Əhməd Ould Abdullah xatırladıb ki, Afrika qitəsi Yer kürəsinin 60 faizini təşkil edir:

"Afrika 30 milyon kv/km sahəni tutur və 1.3 milyard əhalisi var. 1 kv/km-ə 51 nəfər düşür. Bütün bunlara baxmayaraq, ən az inkişaf etmiş 38 ölkədən 34-ü Afrikadadır. Dünya iqtisadiyyatında Afrikanın payı 2 faizdir. Bu rəqəmlər vəziyyəti düzgün anlamaq üçün vacibdir. Afrikada milli birlik çox önəmli məsələyə çevrilib. Afrikada hələ də birpartiyali sistem mövcuddur və bu zərərlidir. İnternetin inkişaf etdiyi müasir dövrdə insanları müstəmləkə ilə idarə etmək mümkün deyil. Afrika ilə həmrəylikdən bizi təhlükəsizlik problemi uzaqlaşdırır. Miqrantların daşınması bir növ biznesə çevrilib". Sabiq xüsusi elçi bütün bunlarla mübarizə üçün subregional təşkilatların olmasının vacibliyinə toxunub.

COP21-in vitse-prezidenti, Mərakeşin iqlim dəyişiklikləri üzrə sabiq xüsusi elçisi COP22-nin yüksək səviyyəli iqlim çempionu Hakimə Əl-Haite hesab edir ki, demoqrafik və miqrasiya atarsa, 2050-ci ildə dünyadakı hər 4 nəfərdən biri afrikalı olacaq:

"Afrika qitəsindəki ölkələrdə rəqəmsal innovasiyanın imkanları haqqında danışmışıq. Son 10 ildə xeyli nəticə əldə etsək də, bu, uzun bir prosesdir. Çalışırıq ki, Afrikanı istehsalçı ölkəyə çevirə bilək. Afrika indi inkişaf etmək, sənayeləşmək istəyir. Çox az xərclərlə öz əməkdaşlıqlarımızla oradakı vəziyyəti dəyişməyə çalışırıq. Dəfələrlə eşitmişəm ki, Afrikada Çin və ABŞ-nin rəqabəti var. Lakin Afrika öz tərəfdaşlarını özü seçir. Afrika qitəsi addım-addım irəliyə getməlidir".

Gülər Seymurqızı

Aysel Aslan

Seçilən
13
far.az

1Mənbələr