AZ

ABŞ-nin müharibə naziri: İranın bütün ballistik raket istehsalı müəssisələri məhv edilib

BAKI, 13 mart. TELEQRAF

ABŞ-nin müharibə naziri Pit Heqset İranın raket buraxılışlarının 90 faiz, dron buraxılışlarının isə 95 faiz azaldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə bildirib.

Nazir Hörmüz boğazının İran tərəfindən bağlanmasına toxunaraq əminlik ifadə edib: “Vəziyyəti idarə edirik. Narahat olmayın”.

Pit Heqset tezliklə İranın bütün hərbi sənayesinin məhv ediləcəyi ilə hədələyib.

Pentaqon rəhbəri əlavə edib ki, ABŞ və İsrail İranın bütün ballistik raket istehsalı müəssisələrini məhv edib və Tehran yalnız əlində olanlardan istifadə edir.

Seçilən
4
2
teleqraf.com

3Mənbələr