ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
““SCImago” reytinqi 2026-cı il üçün nəticələrini açıqlayıb. Azərbaycan Dövlət İqtisad Universiteti “SCImago 2026” reytinqinə görə Azərbaycanda birincidir. Ümumilikdə 6 elmi istiqamət üzrə mövqeyini yaxşılaşdıran UNEC “İqtisadiyyat, ekonometrika və maliyyə”, “Biznes, menecment və mühasibat uçotu”, “Sosial elmlər”, “Enerji”, “Kompüter elmləri”, “Mühəndislik”, eləcə də “İncəsənət və humanitar elmlər” istiqamətləri üzrə Azərbaycanda liderdir”.
Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor bildirib ki, reytinqdə Azərbaycanın 10 universiteti yer alıb. İlk dəfə 2009-cu ildə cəmi 2 müəssisə ilə “SCImago”da iştirak edən Azərbaycan 2026-cı ildə artıq 13 müəssisə ilə təmsil olunub:
“Qeyd edək ki, “SCImago Institutions Rankings” universitetlərin, tədqiqat institutlarının və digər elmi təşkilatların elmi fəaliyyətini (50 faiz) innovasiya gücünü (30 faiz) və ictimai təsirini (20 faiz) ölçən beynəlxalq reytinq və analitik sistemdir. Reytinqdə 5491 ali təhsil müəssisəsi olmaqla, ümumilikdə 10 min 827 müəssisə iştirak edib”.
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.