"Xahiş edirəm ki, İranla sərhəd kəndlərinin sosial-iqtisadi inkişafı ilə bağlı hər hansı layihələr həyata keçirilsin. Çünki həmin ərazilərdən əhalinin boşalmasına imkan vermək olmaz".
Redaktor.az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.
"Bu, bizim üçün həyati əhəmiyyətli məsələlərdəndir. İmkan verməyək ki, sərhədyanı ərazilərimizdə əhalinin sayı azalsın", - deyə deputat bildirib.