AZ

Əsgəran qalası ilə bağlı mühüm xəbər

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

2025-ci ildə 4 abidənin bərpa-konservasiya işlərinin görülməsi üçün zəruri sənədləşdirmə işlərinə başlanılıb.

Gununsesi.info-nun məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-c ildə fəaliyyəti haqqında hesabında öz əksini tapıb.

Qeyd olunub ki, bu abidələr Əsgəran qalası, Füzuli rayonu Qarğabazar kəndindəki Karvansara və məscid, Lənkəran şəhərindəki Dairəvi qaladır.

Həmçinin bildirilib ki, il ərzində Mərdəkan qəsəbəsindəki Kiçik Mərdəkan qəsrinin bərpası istiqamətinə işlər davam etdirilib, Çıraqqala abidəsinin isə bərpa-konservasiya işləri tamamlanıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr