AZ

“Ziyalıların söz deməsi üçün şərait yaradılmalıdır”

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Ziyalı niyə susur, niyə qorxur? Çünki tənqid etsə, radikal müxalifət damğası vurub onu sıradan çıxara bilərlər”.

Gununsesi.info bildirir ki, bu fikirləri deputat Razi Nurullayev deyib.

“Xalq qələbə çalmış, Qarabağa qayıdan xalqdır və artıq fərqli düşünməyə başlayır. Biz də cəmiyyətə siqnallar ötürməliyik ki, ölkəmiz və cəmiyyətimiz dəyişir, daha sərbəst və demokratikləşirik.

Sağlam tənqid xalqın və dövlətin mənəvi inkişafına xidmət edir və bu, iqtidara deyil, dövlətə və xalqa xidmət deməkdir. Mənim öhdəliyim dövlətə və xalqa xidmət etməkdir. Tənqid edən ziyalı və ya müxalifətçi dövlətin və prezidentin düşməni deyil. O, yalnız siyasətə və ya icraata qarşı çıxır ki, bu da əslində dövlət üçün faydalıdır”.

O əlavə edib ki, tənqid sözləri radikal və təhqir dolu çıxışları zəiflədərək daha məntiqli və konstruktiv müzakirəyə yol açır.

“Ziyalılara mediada sərbəstlik verilməli, tənqidlərini ifadə etmələri təmin olunmalı, bunun üçün onları hücuma məruz qoymamalıdırlar”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
icma.az

1Mənbələr