AZ

Qarın ağrıs ilə xəstəxanaya getdi Xərçəng diaqnozu qoyuldu

Medicina portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyədə qəbizlik və qarın ağrısı şikayəti ilə xəstəxanaya gedən qadına bağırsaq xərçəngi diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, Konyanın Beyşehir rayonunda yaşayan Hediye Şanal qəbizlik və qarın ağrısı şikayəti ilə xəstəxanaya gedib.

Beyşehir Dövlət Xəstəxanasına müraciət edən Şanala yoğun bağırsaq xərçəngi diaqnozu qoyulub.

O, əməliyyat olunub və 9 gün xəstəxanada qaldıqdan sonra evə buraxılıb.

"Səhər tezdən xəstəxanaya gəldim. Dedim ki, "ölürəm, məni xilas edin". Əməliyyat olundum və o vaxtdan bəri heç bir ağrı hiss etmədim. İndi çox yaxşıyam", deyə qadın bildirib.

Əməliyyatı həyata keçirən cərrah, Ümumi Cərrahiyyə Mütəxəssisi Op. Dr. Turan Can Yıldız erkən diaqnozun vacibliyini vurğulayıb:

"Xəstəmiz dekabr ayının sonunda ağır qəbizlik və qarın ağrısı şikayətləri ilə xəstəxanamıza müraciət edib. Daxili xəstəliklər şöbəsində aparılan müayinələrdən sonra bizə yönləndirilib. Müayinə zamanı sağ alt qarında həssaslıq aşkar etdik.

Müayinələrimizə əsasən yoğun bağırsaq xərçəngindən şübhələndik. Xəstəxanamızda aparılan görüntüləmə və kolonoskopiya prosedurlarından sonra xəstəmizə yoğun bağırsaq xərçəngi diaqnozu qoyduq. Lazımi testlərdən sonra xəstəliyin erkən mərhələdə olduğunu müəyyən etdik və əməliyyata davam etdik.

Əməliyyat uğurlu keçdi və xəstəmizi xəstəxanada 9 gün müşahidə etdikdən sonra evə buraxdıq. Erkən diaqnoz xəstəliksiz bir həyat üçün əhəmiyyətli bir fürsət yaradır. Buna görə də, müayinə proqramları böyük əhəmiyyət kəsb edir.

Əvvəllər 50 yaş və yuxarı olanlar üçün tövsiyə edilən müayinə proqramları yeni tədqiqatlara uyğun olaraq 45 yaşa endirilib. Ailəsində yoğun bağırsaq xərçəngi olanlar, xroniki qəbizlik yaşayanlar, rektal qanaxması olanlar və anemiyası olanlar mütləq müayinədən keçməlidirlər".

Aygün

Medicina.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
icma.az

2Mənbələr