AZ

Tramp Starmeri sərt TƏNQİD ETDİ: “Bunu müharibədən əvvəl təklif etməliydiniz”

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerə bildirib ki, İrana qarşı hərbi əməliyyatları davam etdirmək üçün artıq Londonun köməyinə ehtiyacı yoxdur.

Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Telefon danışığının məzmunu ilə tanış olan iki rəsmi mənbə Trampın Starmeri ABŞ-nin İrana zərbələr üçün Britaniya bazalarından istifadə etməsinə ilkin etirazına görə tənqid etdiyini açıqlayıb.

Nəşrin yazdığına görə, Tramp Britaniya baş nazirinə "digər G7 liderlərinin iştirakı ilə" artıq Londonun köməyinə ehtiyacı olmadığını deyib.

“Bunu (bazaları) müharibədən əvvəl təklif etməli idiniz, indi isə çox gecdir”, - ABŞ prezidenti əlavə edib.

Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr