AZ

Mehdiyevlərin bankından sonra xəstəxanası da bağlandı? – Yeni gəlişmə

Bakıda fəaliyyət göstərən və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ailəsinə məxsus olduğu bildirilən “German Hospital”ın bəzi şöbələri bağlanıb.

NOCOMMENT.az xəbər verir ki, xəstəxanada çalışan həkimlər bu barədə xəstələrə məlumat veriblər.

Xəstəxanada çalışan tibb heyəti isə digər tibb müəssisələrində fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.

Tibb müəssisəsinin bütövlükdə fəaliyyətinin dayandırılıb-dayandırılmamasını dəqiqləşdirmək üçün əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Qeyd edək ki, bundan əvvəl pravda.az “German hospital”ın martın 1-dən bağlanacağı barədə məlumatlar yaymışdı.

Xatırladaq ki, klinikanın Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevə məxsus olduğu bildirilir. O, uzun illər səhiyyə və tikinti biznesi ilə məşğul olub. Mehdiyevin kürəkəninin adı həm də bir sıra kommersiya layihələrində, o cümlədən “German Hospital”ın təsis sənədlərində də keçir.

Onu da əlavə edək ki, ötən həftə Mehdiyevlərə məxsus Bank BTB bağlanıb, müştəriləri Azərbaycan Beynəlxalq Bankına (ABB) ötürülüb./Ölkə.Az/

Seçilən
1
1
nocomment.az

2Mənbələr