AZ

Ötən il Azərbaycanın sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunub

2025-ci ildə sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunub, ondan 1,2 milyard manat həcmində məhsul ixracı edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair 2-ci Milli Prioritetin əsas məqsədlərindən biri də “Paytaxt və regionların tarazlı inkişafı”dır. 2025-ci ildə ölkədə 9 sənaye parkı və 6 sənaye məhəlləsi fəaliyyət göstərib ki, burada 179 rezident və qeyri-rezident qeydiyyatdan keçib, 103 müəssisə istehsal fəaliyyətinə başlayıb. (Azərtac)

Seçilən
1
6
fed.az

7Mənbələr