AZ

Deputat baş nazirdən nə xahiş etdi?

Deputat Azay Quliyev Milli Məclisdə hökumətin 2025-ci il fəaliyyətinə dair hesabatının müzakirəsi zamanı bir sıra məsələlərdən bəhs edib.

Musavat.com-un məlumatına görə, deputat bildirib ki, dünyada baş verən mürəkkəb proseslərə, artan münaqişələrə və geosiyasi kataklizmlərə baxmayaraq, 2025-ci il Azərbaycanın siyasi və diplomatik həyatında böyük tarixi əhəmiyyətə malik hadisələrlə zəngin oldu:

“Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 80 ildə ərazi bütövlüyünü öz gücülə bərpa edən yeganə ölkə kimi, avqustun 8-də Vaşinqton Sammitində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülhün də əldə olunmasına nail oldu. Məhz dövlət başçısının apardığı qətiyyətli siyasət nəticəsində Ermənistanla milli maraqlarımızı özündə əks etdridən sülh sazişinin mətni paraflandı, keçmiş münaqişənin həllinin beynəlxalq müstəvidə təsdiqi kimi ATƏT-in Minsk qrupu və ona bağlı strukturlar birdəfəlik ləğv edildi, bəzi region dövlətlərinin əsassız müqavimətinə baxmayaraq, Zəngəzur dəhlizinin açılması və onun tərkib hissəsi olan TRIPP layihəsi haqqında razılıq əldə olundu, Ermənistana işğal dövründən bəri tətbiq olunan tranzit məhdudiyyətləri aradan qaldırıldı və beləliklə, regionumuzda de-fakto sülhün bərqərar olunması təmin edildi. Bundan başqa, 2025-ci ildə Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Haqqında Xartiyanın hazırlanması və bu ilin 10 fevral tarixində Bakıda imzalanması, Çin ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbulu, ölkəmizin D-8 təşkilatına və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv olması, habelə Türk Dövlətləri Təşkilatının güclənməsinə yönəlik təşəbbüslər ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirdi. Cənab Prezidentin milli maraqlarımızın qorunması istiqamətində həyata keçirdiyi bu siyasətin, xüsusilə, sülh gündəliyinin nə qədər uzaqgörən və həyati əhəmiyyət daşıdığının hazırda davam edən ABŞ, İsrail–İran müharibəsinin yaratdığı real təhlükəsizlik riskləri fonunda bir daha şahidi olduq”.


Picture

A.Quliyev vurğulayıb ki, təkcə bu naliyyyətlərə, belə mürəkkəb beynəlxalq şəraitdə ölkəmizdə sabitliyin və təhlükəsizliyin qorunmasına nail olduğuna görə hökumətin fəaliyyətini yüksək qiymətləndirməli və təqdim olunan hesabata müsbət səs verməliyik.

A.Quliyev yekunda əvəllər qaldırdığı bir məsələ, 6-cı mikrorayonda yerləşən və uzun müddətdir istismara yararsız vəziyyətdə olan 27 saylı poliklinikanın binasının sökülərək yerində yeni Ailə Sağlamlıq Mərkəzinin tikilməsi ilə bağlı yaranmış vəyiyyət haqqında  məlumat verdi:

“Keçən il Sağlamlıq Mərkəzinin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasına maliyyə vəsaiti ayrılmış, elektron tender keçirilmiş və qalib təşkilat müəyyən edilmişdir. Fürsətən istifadə edib həm İqtisadiyyat, həm də Səhiyyə nazirliklərinə bu məsələ də göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Lakin buna baxmayaraq, poliklinikanın torpaq sahəsinin bir hissəsinin müəssisənin balansından çıxarılması səbəbindən layihə-smeta sənədlərinin hazırlanması prosesini tam başa çatdırmaq və müvafiq standartlara uyğun tikinti işlərinə başlamaq mümkün olmayıb. Ona görə də hörmətli cənab baş nazir, xahiş edirəm ki, bu məsələnin həllinə və Ailə Sağlamlıq Mərkəzinin tikintisi ilə bağlı işlərin tamamlanmasına köməklik edəsiniz”.

E.Paşasoy,
Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr