AZ

Tarixin 13 martı...

Bu gün tarixin vərəqlərində 13 martdayıq.

Hit.az bildirir ki, 13 mart bir sıra mühüm hadisələrin yaşandığı gündür.

Ölkəmizdə, eləcə də dünyada müxtəlif sahələrdən olan çox sayda görkəmli şəxsin doğum günü məhz 13 mart tarixinə təsadüf edir. Eyni zamanda, bir çox tanınmış şəxsin aramızdan ayrıldığı gün də 13 martdır. Beləliklə, tarixin 13 martına nəzər salaq...

13 martda nələr baş verib?
1909-cu ildə “Zənbur” jurnalı ilk dəfə nəşr olunub. 1995-ildə Azərbaycan və Syerra-Leone arasında diplomatik əlaqələr qurulub. 2016-cı ildə Türkiyənin paytaxtı Ankarada terror aktı törədilib.

13 martda doğulanlar:
1975-ci ildə Milli Qəhrəman, şəhid Bəhruz Mənsurov, 1987-ci ildə İkinci Qarabağ müharibəsi şəhidi, kapitan Ruhin Xəlilov, 1927-ci ildə Xalq artisti, aktyor Nodar Şaşıqoğlu, 1928-ci ildə Xalq artisti, skripkaçı Azad Əliyev, 1945-ci ildə xanəndə Rövşən Behcət və 1951-ci ildə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dünyaya gəlib.

Həmçinin, 1741-ci ildə Müqəddəs Roma imperatoru II İosif, 1913-cü ildə rus yazıçı Sergey Mixalkov, 1965-ci ildə Bosniya və Herseqovina futbolçusu və baş məşqçisi Kemal Alispahiç və 1967-ci ildə kolumbiyalı futbolçu Andres Eskobar doğulub.

13 martda vəfat edənlər:
1968-ci ildə Əməkdar artist, aktrisa Aliyə Terequlova, 1994-cü ildə Əməkdar artist, aktyor Həsən Əbluc, 2010-cu ildə meyxanaçı Mirsadıq Maştağalı və 2022-ci ildə alim Əjdər İsmayılov dünyasını dəyişib.

Həmçinin, 1881-ci ildə Rusiya imperatoru II Aleksandr, 1915-ci ildə Rusiya baş naziri Sergey Vitte, 1916-cı ildə Slovakiya ixtiraçısı Yan Bagil, 1975-ci ildə Yuqoslav yazıçısı İvo Andriç, 1989-cu ildə alman musiqişünas Karl Dalhauz vəfat edib.

Pərviz
 

Seçilən
17
hit.az

1Mənbələr