BAKI, 13 mart. TELEQRAF
"Bu gün Bakıda tıxaclarıın olduğu bir vaxtda insanların yolu tək-tək keçməsi yolverilməzdir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat üzrə müzakirəsi zaman deyib.
O qeyd edib ki, hər bir insanın yolu keçməsinə görə avtomobillər dayanması doğru deyil: “8-10 nəfər yığışdıqdan sonra insanların yolu keçməsi daha doğru olar. Hesab edirəm ki, müvafiq qurumlar bu istiqamətdə tədbirlər görməlidir”.