ain.az bildirir, Milli.az saytına əsaslanaraq.
Müğənni İzzət Bağırov illər əvvə geyindiyi kostyumlarını ələ salanların cavabını verib.
Milli.Az xəbər verir ki, o, arxiv görüntülərinin paylaşımlarına yazılan şərhlərə etiraz edib.
Sənətçi üzünü gənclərə tutub:
"Geridüşüncəli insanlar geyimimi ələ salırdılar. Amma anlamırlar ki, həmin geyimlər dəb olanda heç ata-anaları tanış olmamışdı. 50 yaşım var, 37 ildir səhnədəyəm. Tozxanadan birbaşa efirə çıxmışam. O vaxt dəb idi, şalvarlarda qat varıydı. Böyük yaxalıqlı köynəkləri mən dəbə gətirdim. Mağazalar həmin köynəyi mənim adımdan satırdılar. Mənim hesabıma həmin köynəkləri satı, pul qazanırdılar. Mənə isə ikiqat qiymət deyirdilər, heç hədiyyə də vermirdilər".
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.