AZ

BMT-nin Baş katibi Antoniu Quterreş Livana səfər edib

Bakı, 13 mart, AZƏRTAC

BMT-nin Baş katibi Antoniu Quterreş Livan xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədilə Beyruta səfər edib.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT rəhbərinin saytında dərc olunmuş bəyanatda deyilir. “Mən Livan xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Beyruta səfər etdim. Onlar müharibəni seçməyiblər; buna cəlb olunublar. BMT Livanın və regionun dinc gələcəyə nail olması üçün əlindən gələni edəcək”, - deyə Antoniu Quterreş bildirib.

Qeyd edək ki, martın 2-si gecə saatlarında Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatı İsrailin şimalını atəşə tutub. Onlar İsrail ərazisinə atılan raketlərin İranın Ali dini lideri Əli Xameneinin qətlinin qisası olduğunu deyiblər. İsrail Hərbi Hava Qüvvələri buna cavab olaraq Livan ərazisinə zərbələr endirməyə başlayıb.

Seçilən
10
5
azertag.az

6Mənbələr