AZ

Qubada turist kvadrisikli daş hasara çırpdı, öldü

Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Quba rayonunun Qımılqazma kəndi ərazisində kvadrisikllə törədilən qəza faciə ilə nəticələnib. İlkin məlumata əsasən, Bakı şəhər sakini 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyi kvadrisikl daş hasara çırpılıb. Nəticədə sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, son dövrlər istirahət və turizm məkanlarında geniş istifadə edilən kvadrisikllərin istismarı zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması ciddi narahatlıq doğurur. Belə ki, bu tip nəqliyyat vasitələrinin sürət həddi və yol şəraiti nəzərə alınmadan idarə edilməməsi həyat və sağlamlıq üçün real təhlükə yaradır və bəzən də ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə səbəb olur.

“Nəzərə alınmalıdır ki, kvadrisikl konstruktiv xüsusiyyətlərinə görə sabitliyi məhdud olan nəqliyyat vasitəsidir və onun məsuliyyətsiz şəkildə idarə edilməsi sürücü üçün yüksək risk yaradır. Eyni zamanda, xatırladılır ki, kvadrisikllərin ümumi istifadədə olan yollarda idarə edilməsi yalnız müvafiq sürücülük hüququ olan şəxslər tərəfindən həyata keçirilə bilər. Adətən çətin relyef şəraitində, dağlıq ərazilərdə istifadə olunan bu növ nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, sürət həddinin və yol şəraitinin nəzərə alınması, baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə məlumatda vurğulanıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
16
azpost.info

10Mənbələr