AZ

“Rüşvət vermədim, alçaldıcı tapşırıqlar başladı” – Ağdamda işçi iddiası 

Ağdam Mənzil İstismarı İdarəsində çalışan bir şəxs sosial şəbəkədə paylaşım edərək sahə rəisi tərəfindən ona qarşı qərəzli münasibət göstərildiyini iddia edib.

Patrul.az xəbər verir ki, onun sözlərinə görə, sahə rəisi və nəzarətçi rüşvət vermədiyi üçün ona “sındırıcı” xarakterli işlər gördürür. Paylaşım müəllifi bildirib ki, rəhbər şəxslərdən biri siqaret çəkdikdən sonra kötüyü qəsdən yerə ataraq işçiyə “götür onu at” deyə tapşırıq verir.
Şəxs bu cür davranışı alçaldıcı və qərəzli münasibət kimi qiymətləndirərək məsələnin diqqətə alınmasını xahiş edir.

Seçilən
38
yenilik.az

1Mənbələr