AZ

D-8 sammiti Yaxın Şərqdəki gərginlik səbəbindən təxirə salınıb

Bakı, 13 mart, AZƏRTAC

İnkişaf etməkdə olan səkkiz ölkənin (D-8) hərəkatının 12-ci sammiti Yaxın Şərqdə davam edən gərginlik səbəbindən təxirə salınıb.

AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi məlumat yayıb. Bildirilib ki, sammitin əvvəlcə 13-15 aprel tarixlərində Cakartada keçirilməsi planlaşdırılsa da, hazırda təxirə salınıb. Nazirliyin departamentinin baş direktoru Tri Taryat sammit üçün hələlik yeni tarixin müəyyən edilmədiyini söyləyib.

Qeyd edək ki, 1997-ci ildə yaradılan D-8 təşkilatına Misir, Türkiyə, İran, İndoneziya, Malayziya, Pakistan, Nigeriya və Banqladeş üzv olub. Azərbaycan isə 2024-cü ildə Misirdə keçirilən 11-ci zirvə toplantısında təşkilata yeni üzv kimi qoşulub.

Seçilən
19
3
azertag.az

4Mənbələr