AZ

BMT Baş katibinin müavini Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub  

BMT Baş katibinin müavini və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovla görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə olunub.

Həmçinin ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası və Ümumdünya Ətraf Mühit Gününə hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
16
3
azerbaijan-news.az

7Mənbələr