AZ

İkardi "Qalatasaray"dan GEDİR: Yeni klubu açıqlandı

Türkiyənin "Qalatasaray" klubunun ulduz hücumçusu Mauro İkardi ilə bağlı diqqətçəkən transfer iddiası ortaya atılıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, FİFA agenti Marko Kırdemir argentinalı futbolçunun mövsümün sonunda İstanbul təmsilçisindən ayrılacağını bildirib. Onun sözlərinə görə, İkardi karyerasını yenidən İtaliyada davam etdirməyə hazırlaşır.

Agent bu barədə Derinpas proqramında danışarkən bildirib ki, futbolçu artıq "Yuventus" ilə razılığa gəlib. Kırdemirin iddiasına görə, İkardi mövsüm başa çatdıqdan sonra mütləq İtaliyaya qayıdacaq və "sarı-qırmızılılar"la yolunu ayıracaq.

Agent həmçinin qeyd edib ki, futbolçunun şəxsi həyatı da bu qərara təsir edə bilər. Onun sevgilisinin də İtaliyada yaşamaq istədiyi bildirilir. Bundan başqa, İkardinin müqaviləsinin mövsümün sonunda başa çatdığı da vurğulanıb.

Kırdemir eyni zamanda "Qalatasaray"ın digər hücumçusu Victor Osimhen haqqında da danışıb. O, iddia edib ki, nigeriyalı forvard "Real Madrid" klubunun transfer siyahısında yer almır.

Agentin sözlərinə görə, Madrid təmsilçisinin əsas hücum hədəfi isə hazırda "Mançester Sity" formasını geyinən norveçli ulduz Erlinq Haalan hesab olunur.

Hüseyn
Milli.Az

Seçilən
5
2
milli.az

3Mənbələr