ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları azı iki-üç həftə davam edəcək.
AZƏRTAC xəbər verir ki, “Axios” portalı bu barədə İsrail hökumətindəki mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, ABŞ Prezidenti aydın məqsədlərin olmamasına baxmayaraq, əməliyyatı davam etdirməkdə qərarlıdır. Lakin İsrail Donald Trampın gözlənilməz addımlar atacağından, hərbi əməliyyatları dayandıracağından və İran üzərində qələbə qazandığını iddia edəcəyindən qorxur.
Portalın həmsöhbətinin məlumatına görə, Prezident Donald Tramp döyüşlərin davam etdirilməsinə “həvəslidir” və Vaşinqton İranda hökumət aparatını zəiflətmək və kütləvi etirazlara səbəb olmaq üçün bütün diqqətini İslam İnqilabı Keşikçiləri Korpusuna yönəltmək niyyətindədir.