AZ

Toraldan ABŞ də olan Nərimana dəstək “Kolumbus Kryu” azarkeşləri onun debütü üçün gün sayır

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Qarabağ”dan ayrılan Nəriman Axundzadənin dünən “Kolambus Kryu”nun düşərgəsinə qatıldığını, Ohayo təmsilçisinin əsas komandasıyla birgə məşqdə iştirak etdiyini yazmışdıq.Bəs, ölkəmizdə həddən artıq tənqid eşidən gənc hücumçu yeni komandasının azarkeşləri tərəfindən necə qarşılanıb?“Football-plus.az”ın məlumatına görə, Nərimanın məşqdən görüntülərinin paylaşıldığı şəkillərin rəy bölməsində fikirlərini bölüşən tərəfdarlar futbolçuya uğur arzulayıb.“kerry.ragsdale”: “Səni oynayarkən görmək üçün səbirsizlənirəm. Ümid edirəm ki, şənbə günü oynayacaqsan”.“pz.projects”: “Mənə elə gəlir Nəriman mövsümün taleyini həll dəcək”.“kan208”: “İlk oyununu gözləyirəm. Ən qısa müddətdə debüt et”.“rusti012”: “Nəriman, sənə uğurlar. Hər şey ürəyincə olsun. Daha doğrusu, ürəyimizcə...”Rəylərin əksəriyyətini isə azərbaycanlıların xoş arzuları təşkil edir. Paylaşımda millimizin rəsmi səhifəsinin və “köhlən atlar”ın futbolçusu Toral Bayramovun dəstək rəyləri var.Xatırladaq ki, “Kolumbus Kryu” ötən ay Nərimanla 3,5 illik müqavilə imzalayıb.KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
icma.az

2Mənbələr