AZ

ATMU da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib FOTOLAR

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirilən Karyera həftəsi çərçivəsində turizm sahəsində karyera imkanlarına həsr olunmuş növbəti görüş keçirilib. Tədbirin qonağı Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Quliyev olub.Demokrat.az xəbər verir ki, görüşdə “Turizm işi” ixtisası üzrə təhsil alan tələbələrlə turizm sektorunda karyera planlaması, peşəkar inkişaf imkanları və əmək bazarının tələbləri barədə geniş fikir mübadiləsi aparılıb.Ruslan Quliyev çıxışı zamanı ölkəmizdə turizm sahəsinin inkişaf perspektivlərindən danışaraq bu sahədə peşəkar kadrlara olan ehtiyacın artdığını vurğulayıb.Tədbir zamanı tələbələrə turizm sektorunda uğurlu karyera qurmaq üçün vacib olan bacarıqlar, praktiki təcrübənin əhəmiyyəti və beynəlxalq turizm bazarının tələbləri barədə məlumat verilib. Görüş interaktiv formada keçib, tələbələri maraqlandıran suallar qonaq tərəfindən cavablandırılıb.Qeyd edək ki, ATMU-da keçirilən Karyera həftəsinin əsas məqsədi tələbələrin əmək bazarı ilə tanışlığını artırmaq, onları sahə mütəxəssisləri ilə bir araya gətirmək və gələcək karyeralarının planlaşdırılmasına dəstək göstərməkdir.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
demokrat.az

2Mənbələr