ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın tanınmış memar və alimlərindən biri olan Gülçöhrə Məmmədova hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru kimi fəaliyyət göstərir. Onun atası Hüseyn Məmmədov sovet dövründə Ermənistan SSR-də yüksək vəzifələrdə çalışan tanınmış dövlət və partiya xadimi olub.Demokrat.az xəbər verir ki, tarixi məlumatlara əsasən, Hüseyn Məmmədov 1939-cu ildən Ermənistan LKGİnin Zəngibasar rayon komitəsində əvvəlcə ikinci, daha sonra birinci katib vəzifəsində fəaliyyət göstərib. Bir müddət sonra isə Ermənistan Kommunist Partiyasının Zəngibasar Rayon Komitəsinin təbliğat-təşviqat şöbəsinə rəhbərlik edib.1941-ci ilin iyun ayında o, Zəngibasar Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilib. 1943–1946-cı illərdə Vedi Rayon Partiya Komitəsinin, 1946–1947-ci illərdə isə Zəngibasar Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb.1947–1950-ci illərdə Moskvada ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbində təhsil alan Hüseyn Məmmədov daha sonra müxtəlif dövlət vəzifələrində fəaliyyətini davam etdirib. O, bir müddət Ermənistan SSR kənd təsərrüfatı nazirinin müavini olub, daha sonra isə “Sovet Ermənistanı” qəzetində məsul katib vəzifəsinə təyin edilib. Sonradan Vedi Rayon İcraiyyə Komitəsinin sədri kimi də fəaliyyət göstərib.
1960-cı ildə Hüseyn Məmmədov Amasiya rayonu Partiya Komitəsinin birinci katibi seçilib və üç il bu vəzifədə çalışıb. Daha sonra isə Ermənistan SSR Xalq Nəzarəti Komitəsində təşkilat şöbəsi müdirinin müavini vəzifəsində işləyib. 1970-ci ilin sonunda 55 yaşında respublika dərəcəli fərdi təqaüdə çıxıb.O, həmçinin Ermənistan SSR Ali Sovetinin II, IV və V çağırış deputatı olub, Ali Sovetin Rəyasət Heyətinin üzvü və sədr müavini kimi də fəaliyyət göstərib. Dövlət fəaliyyətinə görə “Vətən müharibəsi” ordeni və bir sıra medallarla təltif olunub.Həmçinin oxu:
'İşte Benim Stilim'in iştirakçısının meyiti tapıldı — FOTOLAR
Ağaclar çiçək açana qədər evə mütləq vazelin alın — Səbəb
Bakıda şərab evlərində satılır — Ölüm riski varQeyd edək ki, Gülçöhrə Məmmədova 24 aprel 1953-cü ildə Vedi rayonunda anadan olub. O, memarlıq sahəsində uzun illər elmi fəaliyyət göstərərək professor və memarlıq doktoru elmi dərəcələrini alıb, müxtəlif illərdə Milli Məclisin deputatı kimi də fəaliyyət göstərib. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru vəzifəsində çalışır.Hüseyn Məmmədov 1994-cü ilin aprel ayında Bakıda vəfat edib. Onun ailəsi vaxtilə indiki Ermənistan ərazisində yaşamış azərbaycanlı ziyalı ailələrindən biri kimi tanınır. (oxu24.com)Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.