AZ

İran niyə Ərəb ölkələrini vurur? SENSASİON PLAN KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda İranın ABŞ və Qərb müttəfiqlərinin regiondakı enerji infrastrukturunun hədəfə alına biləcəyi ilə bağlı xəbərdarlıqları beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Enerji bazarlarının həssas olduğu bir dövrdə belə bəyanatlar həm regional təhlükəsizlik, həm də qlobal neft tədarükü baxımından ciddi narahatlıq doğurur. Bəs İranın bu cür addımları bölgədə və dünya enerji bazarlarında hansı nəticələrə səbəb ola bilər?

Hərbi ekspert Ədalət Verdiyev KONKRET.az-a açıqlamasında bildirib ki, İran artıq müharibənin ilk günlərindən etibarən Yaxın Şərqdə yerləşən bəzi qonşu ölkələrin neft infrastrukturunu hədəf almağa başlayıb.

Ekspertin sözlərinə görə, Tehran bununla beynəlxalq neft sektorunda genişmiqyaslı böhran yaratmağa çalışır.

“Burada əsas məqsəd qlobal enerji bazarında böhran formalaşdırmaqdır. İran çalışır ki, neft idxal və ixrac edən ölkələr ABŞ-a qarşı daha sərt mövqe tutsun və Vaşinqtona qarşı fəaliyyətə keçsinlər. Lakin istənilən halda bu strategiya İran üçün uzunmüddətli perspektivdə müsbət nəticə vəd etmir”, – deyə Ədalət Verdiyev bildirib.

Onun fikrincə, İranın zərbələrinin zəifləməsi fonunda region ölkələrinin Tehrana qarşı koordinasiyalı və kütləvi hərbi cavab addımlarına əl atmaq ehtimalı kifayət qədər yüksəkdir.

“Hazırkı vəziyyətdə həm Hörmüz boğazının bağlanması ehtimalı, həm də böyük həcmdə neft ixrac edən ölkələrin enerji infrastrukturunun zərbələrə məruz qalması İranın bu istiqamətdəki niyyətlərini açıq şəkildə göstərir.

Bu faktorlar fonunda regionda enerji təhlükəsizliyi və qlobal bazarlar üçün ciddi böhran riski yaranır. Mövcud vəziyyət göstərir ki, gərginliyin daha da artması və böhranın dərinləşməsi ehtimalı qaçılmaz ola bilər”, – deyə ekspert vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
konkret.az

2Mənbələr