Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Bu müharibə nə vaxt və hansı strategiya ilə bitəcək bilinmir"
Almaniya kansleri Fridrix Merts ABŞ-nin Rusiyaya qarşı sanksiyaları yumşaltmaq qərarına qarşı çıxıb.
“AzPolitika” xəbər verir ki, Kansler Merts jurnalistlərə açıqalmasında neftin bahalaşması fonunda ABŞ tərəfindən Rusiya neftinin satışına icazə verilməsinin səhv addım olduğunu bəyan edib.
"ABŞ-nin Rusiya sanksiyalarına dair qərarı barədə yalnız bu səhər məlumat əldə etmişik", - deyə Merts bildirib.
İrandakı vəziyyətlə bağlı sualları cavablandıran kansler münaqişənin sona çatması strategiyası ilə bağlı aydınlığın olmadığını bildirib: "Bu müharibə nə vaxt və hansı strategiya ilə bitəcək? Bu suallar cavabsız qalır".
Buna görə də Kanslerin dediyinə görə, Almaniya dəniz yollarının qorunmasında iştirak etmək üçün heç bir səbəb görmür.
“Almaniya bu müharibənin bir hissəsi deyil və olmaq istəmir. Bütün səylərimiz müharibənin sona çatmasına yönəlib", - deyə o, fikrini yekunlaşdırıb.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.