AZ

POS-terminallarla aparılan nağdsız əməliyyatların həcmi 13 milyard manata yaxınlaşıb

2025-ci il ərzində POS-terminallar vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2024-cü il ilə müqayisədə 22,3% artaraq 760,5 mln. ədəd olub.

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Nağdsız əməliyyatların həcmi isə 3,3% artaraq 12,7 mlrd. manat təşkil edib.

2025-ci il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2024-cü il ilə müqayisədə 22,5% artaraq 734,8 mln. ədəd, həcmi isə 4,7% artaraq 12,1 mlrd. manat olub.

Seçilən
28
fed.az

1Mənbələr