AZ

Sumqayıtda baş verən partlayışın SƏBƏBİ - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda baş verən partlayışın səbəbi məlum olub. Qeyd edək ki, hadisə dünən axşam saatlarında baş verib.

Hafta.az xəbər verir ki, şəhərin 47-ci məhəlləsində yaşayış binalarının birindəki mənzilin kombi sistemində nasazlıq yaranıb və ev sahibi bu məqsədlə usta çağırıb. Ustalar sistemi təmizləyərkən kombidə yüksək təzyiq yaranıb və partlayış baş verib.

Partlayış nəticəsində kombi ustaları - 1994-cü il təvəllüdlü Elçin Varyat oğlu Verdiyev və 1973-cü il təvəllüdlü İxtiyar Ağayar oğlu İxtiyarov xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

09:25

Sumqayıt şəhərində evdə partlayış hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə şəhərin 47-ci məhəllə ərazisindəki yaşayış binalarının birində qeydə alınıb.

Partlayış nəticəsində 1994-cü il təvəllüdlü Verdiyev Elçin Varyat oğlu və 1973-cü il təvəllüdlü İxtiyarov İxtiyar Ağayar oğlu xəsarət alıb.

Onlar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır./"Report.az"/

Seçilən
20
2
hafta.az

3Mənbələr