ain.az, Olke.az portalına istinadən məlumat yayır.
" 2025-ci il üzrə hökumətin fəaliyyət hesabatı, Azərbaycanın daha qüdrətli və iqtisadi baxımdan tam suveren dövlət modelinə keçidinin uğurlu mənzərəsini yaradır. Bu nailiyyətlərin əsas təməli xalqımızı bir yumruq kimi birləşdirən, hər bir iqtisadi və siyasi addımı milli maraqlarımızın zirvəsinə hesablayan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyidir.
Cənab Prezidentin rəhbərliyi ilə 2025-ci il ölkəmiz üçün həm beynəlxalq nüfuzun möhkəmlənməsi, həm də azad olunmuş torpaqlarımızın iqtisadi inteqrasiyası baxımından növbəti bir Zəfər mərhələsi olmuşdur. Hesabatda öz əksini tapan yüksək göstəricilər və şaxələndirilmiş inkişaf dinamikası ölkə rəhbərinin müəyyən etdiyi strateji yol xəritəsinin hökumət tərəfindən böyük məsuliyyət və peşəkarlıqla icra olunmasının nəticəsidir".
Ölkə.az xəbər verir ki, bunu deputat Asif Əsgərov parlamentdə hökumətin illik hesabatının müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, milli təhlükəsizlik və müdafiə sahəsinə yönəltmək istəyirəm: "2025-ci ilin hesabatında müdafiə xərclərinin səmərəli icrası diqqət çəkir. 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında əldə etdiyimiz şanlı Zəfər 2025-ci ildə həm də iqtisadi müstəvidə qorumuşdur. Ordumuzun ən müasir texnologiyalarla və hərbi sənaye kompleksimizin yeni istehsal sahələri hesabına genişlənməsi bizim qürur mənbəyimizdir. Hərbi qulluqçularımızın sosial təminatının daha da yaxşılaşdırılması istiqamətindəki ardıcıl addımlar hökumətin bu sahəni hər zaman diqqətdə saxladığını göstərir",- o qeyd edib.
Deputat əlavə edib ki, hesabatda yer alan mühüm fəaliyyət istiqamətlərdən biri də - insan kapitalının inkişafı və sosial rifahdır: "Müəllimlərin sertifikasiya prosesinin genişləndirilməsi və əməkhaqqı artımlarının tətbiqi, həmçinin xaricdə təhsil üzrə dövlət proqramlarının yeni mərhələsi gənclərimizin qlobal rəqabətə hazırlanması baxımından mühümdür. Sosial müdafiə xərclərinin hər il artırılması və pensiyaların indeksləşdirilməsi mexanizminin uğurlu icrası dövlətimizin vətəndaşına olan qayğısının real ifadəsidir.
Regionların sosial-iqtisadi inkişafı da aydın şəkildə diqqətə çatdırıldı. Dövlət investisiya proqramları çərçivəsində paytaxtla yanaşı, bölgələrimizin də inkişafı balanslı şəkildə davam etdirilir. Bilirik ki, dövlətimiz hər bir yaşayış məntəqəsinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün addım-addım planlar icra edir. Bu prosesin davamı olaraq, inanıram ki, cari büdcə ilində Zaqatala sakinləri üçün həyati əhəmiyyət kəsb edən qazlaşdırma prosesi, Kəpənəkçi kəndində qəzalı vəziyyətdə olan orta məktəbin tikintisi, Aşağı Tala kəndində Fövqəladə Hallar Nazirliyinin xüsusi sığınacağında yerləşən uşaq bağçasının inşası kimi məsələlər də öz müsbət həllini tapacaqdır".
Mürtəza
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.