Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 13 mart, AZƏRTAC
“Ən yaxşı təqdimat” müsabiqəsinin Bakı şəhər mərhələsinin qalibləri açıqlanıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş müsabiqənin şəhər mərhələsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumtəhsil müəssisələrindən 14, özəl məktəblərdən 3 nəfər olmaqla, ümumilikdə 17 ən yaxşı təqdimat müəllifi ölkə turunda iştirak hüququ qazanıb.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, müsabiqənin Bakı şəhər mərhələsində qiymətləndirmə təqdimatçının mövzularla bağlı dolğun məlumata malik olduğunu nümayiş etdirməsi, şərh etdiyi məsələlərə mövqeyini bildirməsi, nitqinin səlisliyi, lüğət ehtiyatının zənginliyi, irəli sürdüyü fikirləri təhlil əsasında faktlarla əsaslandırması, nəticələr çıxarması və müasir Azərbaycan tarixi üzrə dolğun biliklərə malik olması meyarlarına əsasən aparılıb. Müsabiqənin ölkə mərhələsinin aprel ayında keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.