AZ

Latviya ilə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar mövcuddur

Bakı, 13 mart, AZƏRTAC

Milli Məclisin deputatları, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və üzvləri Fazil Mustafa və Sevil Mikayılova Latviya Seymin sədri Dayqa Mierinya ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrini əhatə edən qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan və Latviya bənzər tarixə malik dost və strateji tərəfdaş ölkələrdir və tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Deputatlar Cənubi Qafqaz bölgəsindəki son vəziyyət, Ermənistanla normallaşma prosesi, habelə İran tərəfindən Azərbaycan Respublikasına qarşı həyata keçirilmiş dron hücumları barədə məlumat verib və bu xüsusda Latviyanın ölkəmizlə həmrəyliyinin yüksək qiymətləndirildiyi vurğulanıb.

Nümayəndə heyətinin Seymin komitə rəhbərləri ilə də görüşləri təşkil edilib.

Səfər çərçivəsində Milli Məclisin deputatları Seymin plenar iclas zalı və Riqa şəhərinin tarixi və mədəni ocaqlarından olan “Riqa Art Nouveau Mərkəzi” Muzeyi və “Mejapark Böyük Səhnə” kompleksi ilə tanış olublar.

Seçilən
4
2
azertag.az

3Mənbələr