AZ

XIII Qlobal Bakı Forumu iqtisadi məsələlərin müzakirəsi və yeni qərarların qəbul edilməsi baxımından vacibdir ŞƏRH

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 mart, AZƏRTAC

XIII Qlobal Bakı Forumu yalnız siyasi deyil, eyni zamanda, Azərbaycan, eləcə də region və qlobal əhəmiyyət daşıyan iqtisadi məsələləri də müzakirə edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

O diqqətə çatdırıb ki, forumun açılışında çıxış edən Prezident İlham Əliyev regiondakı iqtisadi vəziyyət, eyni zamanda, sülh gündəliyinə uyğun olaraq Azərbaycan və Ermənistan arasındakı əməkdaşlığın qurulmasından, eləcə də Orta Dəhliz daxil olmaqla regional kolidorların inkişafından danışıb.

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bir tərəfdən sülh gündəliyinə uyğun olaraq artıq Azərbaycan və Ermənistan arasında praktiki olaraq ticarət əlaqələrinə başlanılıb. Həmçinin Zəngəzur dəhlizinin istifadəyə verilməsi Ermənistanı tarixdə ilk dəfə olaraq tranzit ölkəyə çevirəcək. Bu isə ondan xəbər verir ki, Azərbaycan regionda sülh və əməkdaşlığa töhfə verən və bu istiqamətdə layihələri dəstəkləyən ölkədir. Vacib məqamlardan biri dəhlizlərlə bağlı Prezident İlham Əliyev tərəfindən qeyd edilən məqamlardır. Belə ki, Azərbaycan Orta Dəhlizdə əsas tərəfdaşlardandır, eyni zamanda, şimal-cənub dəhlizinin genişlənməsinə sərmayə yönəldən ölkədir. Nəzərə alaq ki, dəhlizlər Azərbaycan üçün geosiyasi və məhz qeyri-neft sektorundan büdcəyə daxilolamalar baxımından vacibdir. 2025-ci ilin yekunlarında hətta regional təhdidlərə baxmayaraq, Azərbaycan üzərindən daşınan yüklərin həcmində stabillik qorunub saxlanıb. Bu da ondan xəbər verir ki, Azərbaycanın bu istiqamətdə sərmayə qoyuluşu, eləcə də elektron xidmətlər daxil olmaqla infrastrukturu genişləndirməsi region üzərindən daşınan yüklərin həcminə birbaşa təsir göstərir. Bu da bütövlükdə regionun geosiyasi əhəmiyyətinin artmasına gətirib çıxarır. Azərbaycan, həmçinin regional təhlükəsizliyə və enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkədir. Azərbaycan artıq 16 ölkəyə öz enerji məhsullarını ixrac edib. Yalnız Avropa deyil, artıq Suriya da, yaxın şərq ölkəsi də Azərbaycanın təbii qazını alır. 16 ölkənin 10-u Avropa İttifaqına üzv ölkədir. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycanın enerji siyasəti bütövlükdə regionun, eləcə də qitənin təhlükəsizliyində xüsusi rola malikdir. Azərbaycan Avropa İttifaqının təbii qaz idxalında ilk beşlikdə bərqərar olub. Qeyd olunduğu kimi, boru kəmərləri vasitəsilə Azərbaycan ən çox enerji məhsulları ixrac edən ölkədir”, - deyə V.Bayramov bildirib.

O əlavə edib ki, XIII Qlobal Bakı Forumu, həm də iqtisadi məsələlərin müzakirəsi və bu istiqamətdə yeni qərarların qəbul edilməsi, müzakirələrin başlaması baxımından vacibdir: “Prezident İlham Əliyev tərəfindən proqram xarakterli çıxış, həm də region üçün iqtisadi arxitekturanın formalaşmasında və bu istiqamətdə əməkdaşlığın güclənməsində bir baza rolunu oynayacaq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
azertag.az

2Mənbələr