Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 13 mart, AZƏRTAC
Martın 11-12-də Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Səbuhi Alıyev və Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Mahmud Mehdiyevdən ibarət nümayəndə heyəti Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunan MDB-yə üzv dövlətlərin Baş prokurorlarının Əlaqələndirilməsi Şurasının işçi iclasında iştirak ediblər.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda bu il keçirilməsi nəzərdə tutulan Şuranın 36-cı iclasının təşkili ilə əlaqədar məsələlər, bir sıra qərarların layihələri, həmçinin qarşılıqlı hüquqi yardım, hüquq-mühafizə qurumları arasında əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi ilə bağlı bir sıra praktik mövzular müzakirə edilib.
Bununla yanaşı, tədbir çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası üzrə ekspert görüşü keçirilib.
Görüşdə geniş təqdimatla çıxış edən Mahmud Mehdiyev ölkəmizdə bu sahədə həyata keçirilən qanunvericilik və institusional islahatlar, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakların müəyyən edilməsi, izlənilməsi, müsadirə olunması və müsadirə edilmiş əmlakların idarə olunması ilə bağlı formalaşan milli təcrübə, eləcə də bu istiqamətdə regional və beynəlxalq platformalar çərçivəsində tərəfdaşlarla məhsuldar əməkdaşlıq əlaqələri barədə məlumat verib, habelə iştirakçıların sualları cavablandırılıb.



Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.