AZ

“Səhvi olan birini DTX evinə qaytarır?!”

2023-cü ilin aprelində Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə əsir götürülən, daha sonra Azərbaycana təhvil verilən Aqşin Bəbirovun anası oğlunun cinayət məsuliyyətinə cəlb olunması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, Dürdanə Bəbirova hadisənin bir il əvvəl olduğunu bildirib.

"Yazırlar ki, Aqşin qarşı tərəfə dəmir parçası ilə xətər yetirib, doğru məlumat deyil. Hadisənin üstündən bir ilə yaxındır, vaxt keçib. Dalaşmışdı. Günah qarşı tərəfdə olub. Maşınla qarşısına keçib, qəza şəraiti yaradıb. Aqşin onu dəfələrlə yola salıb ki, mübahisə lazım deyil...

Yanında şahidi də olub, onları ayırmağa çalışıb. Hadisədə dəmir parçası ilə zərbə endirmək məsələsi tamamilə yalandır. Məhkəmə hökmü ilə xuliqanlıq maddəsi ortadan qaldırıldı. Aqşinə bir il müddətinə elektron qolbaq taxılması ilə bağlı hökm oxundu. Qarşı tərəf zərərçəkmiş şəxs olduğu üçün ona cəza verilməyib. Aqşin ona zərbə endirmişdi deyə ekspertdən rəy almışdı. Məsələ artıq bağlanıb.

Hazırda Aqşin evdədir.  Dünəndən bəri mən də, Aqşin də o qədər stress yaşamışıq ki… Axı belə bir şey ola bilməz. Niyə kiminsə haqqında yalan-yanlış məlumatlar yazıb paylaşırlar?”

D.Bəbirova bildirib ki, hazırda nə Aqşin, nə də Hüseyn Axundov işləyir: “Çünki sağlamlıqlarında problemlər çox olub, beyinləri yüklənib. Sosial şəbəkələrdə yazırlar ki, Aqşinlə Hüseyn özləri düşmən tərəfə keçmişdilər. Özü keçən adam indi evində olardı? Artıq-əskik yazırlar, narahat oluruq. Uşaqlarımız atdıqları hər bir addıma diqqət edirlər. Səhvi olan birini Dövlət Təhlükəsizliyi Xidməti evinə qaytarır?!"


Telegram kanalımız
Seçilən
69
1
yenisabah.az

2Mənbələr