Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun Xındırıstan kəndində iftar mərasimi təşkil olunub.
Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, partiya fəalları, şəhid ailələri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İftardan əvvəl Qurani Kərimdən ayələr oxunub, Ramazan ayının fəzilətlərindən söhbət açılıb.