AZ

“Qarabağ”ın futbolçusu Norveç klubu ilə anlaşdı

“Qarabağ”ın yarımmüdafiəçisi Kris Kuaku karyerasını Norveçdə davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Fil Dişi Sahilindən olan 26 yaşlı futbolçu “Sarpsborq” klubu ilə razılığa gəlib. Kuaku artıq tibbi müayinədən keçib və bu gün yeni komandası ilə müqavilə imzalayacaq.

Kuaku mövsümün əvvəlində Portuqaliyanın “Mafra” klubundan “Qarabağ”a transfer olunmuşdu. O, Ağdam təmsilçisinin heyətində 19 rəsmi matçda 1 qol vurub.

Seçilən
62
idmanxeber.az

1Mənbələr