AZ

“Qarabağ”ın legioneri Norveç klubuna keçir

Bakı. Trend:

“Qarabağ”ın futbolçusu Kris Kuaku karyerasını Norveçdə davametdirəcək.

Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Kot d`İvuardan olan 26 yaşlı yarımmüdafiəçi“Sarpsborq” komandası ilə müqavilə imzalamağa yaxındır.

Yarımmüdafiəçi keçidi rəsmiləşdirmək üçün Norveçə yollanıb.Transferin tamamlanması üçün yalnız tibbi müayinənin nəticəsigözlənilir. Tərəflərin artıq transferin bütün şərtləri üzrərazılığa gəldikləri qeyd olunub.

Qeyd edək ki, Kris Kuaku “Qarabağ”a 2025-ci ilin yayındakeçmişdi.

Məqalədə:
Seçilən
80
4
az.trend.az

5Mənbələr