AZ

Masallıda ağacəkmə aksiyası keçirildi » AzadMedia.az


13 mart 2026-cı il tarixində Masallı rayonunda “2026-cı il – Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti ağacəkmə aksiyası təşkil olunub. Aksiya Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masallı şəhəri ərazisində keçirilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, rayon icra hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, başçının müavini Adəm Məhərrəmov, aparatın şöbə və sektor müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Keçirilən ağacəkmə aksiyasının əsas məqsədi rayon ərazisində yaşıllıqların artırılması, ekoloji mühitin qorunması, şəhərin abadlaşdırılması və daha sağlam yaşayış mühitinin formalaşdırılmasına töhfə verməkdir.
Seçilən
23
1
azadmedia.az

2Mənbələr