AZ

ABŞ İran dronlarından müdafiə vasitəsi axtarır

“Şahid kamikaze dronlarına qarşı bahalı “Patriot” raketlərindən istifadə sərfəli deyil. 

ABŞ alternativ hava hücumundan müdafiə vasitələri axtarır”.

“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitker “Fox Business” telekanalına müsahibəsində belə deyib.

“Hər dəfə inanılmaz texnologiyalar yaradan bir şirkət mənə və ya ABŞ-a müraciət etdikdə, mən həmişə onlardan Ukraynada tətbiq olunub-olunmadığını soruşuram. İndi sual budur ki, onların Yaxın Şərqdə kim tərəfindən və necə tətbiq edilməsi ilə bağlıdır.

Bəzi texnologiyalar həqiqətən fövqəladədir, onlardan biri də “Patriot”dur. Lakin bir raketinin buraxılışı 4 milyon dollara başa gəlir və onun effektivliyi 96-98 faizə çatır. Xüsusilə də söhbət 20 000 dollardan aşağı qiymətə satılan “Şahed” dronlarından gedirsə, bu, çox bahadır”, - deyə Uitker bildirib.

“Hazırda inkişafları sınaqdan keçirməyə və texnologiyaların effektivliyinə nail olmağa imkan verən bir neçə döyüş laboratoriyamız fəaliyyət göstərir”, - deyə diplomat əlavə edib. 

Seçilən
43
1
cebheinfo.az

2Mənbələr