AZ

Binəli Yıldırım: Orta Dəhliz Avropa ilə Asiya arasında təhlükəsiz və etibarlı nəqliyyat yoludur

Orta Dəhliz Avropa ilə Asiya arasında təhlükəsiz və etibarlı nəqliyyat yolu hesab edilir.

"Far.Az" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XIII Qlobal Bakı Forumu çərçivəsində baş tutan "Orta Dəhliz və Avrasiya Bağlantı Keçidi" adlı paneldə deyib.

Onun sözlərinə görə, Orta Dəhliz təkcə yükdaşımalar üçün deyil, sivilizasiyaları bir araya gətirmək üçün də əhəmiyyətlidir:

"Əsrlərboyu İpək yolu adlanan dəhliz mədəniyyətləri birləşdirib və Avropa üçün çox yaxşı imkanlar yaradıb. Bu gün isə Orta Dəhliz Avropa ilə Asiya arasında təhlükəsiz və etibarlı nəqliyyat yolu hesab edilir. Zəngəzur dəhlizi də onun bir hissəsidir. Bu layihə Orta Dəhlizin istifadə imkanlarını da artıracaq. Orta Dəhlizin inkişafı isə regionda sabitliyi, təhlükəsizliyi də təmin edir".

Seçilən
72
far.az

1Mənbələr