“Vest Hem”in yarımmüdafiəçisi Mateus Fernandes yayda komandanı tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı portuqaliyalı futbolçu klub Premyer Liqada qalmasa, transferə çıxarılmasını tələb edəcək. Onunla maraqlanan əsas klublardan biri “Mançester Yunayted”dir.
Fernandes bu mövsüm bütün turnirlərdə 32 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.