AZ

“Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi Ağdamda tibbi müayinə keçirib

Bakı. Trend:

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə həyatakeçirilən “Böyük Qayıdış” Proqramı çərçivəsində əhali arasındakompleks tibbi müayinələrin aparılması və sağlam həyat tərzinintəşviqi istiqamətində tədbirləri davam etdirir.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbətitibbi aksiya martın 13-də Ağdam şəhərində baş tutub. SəhiyyəNazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti —artroloq, nevroloq, travmatoloq, pediatr, dermatoveneroloq,fizioterapevt-reabilitoloq və tibb bacıları tərəfindən sakinlərüçün səyyar tibbi müayinələr təşkil edilib.

Aksiya çərçivəsində vətəndaşlar nevroloji, artroloji,travmatoloji, dermatoloji, fizioterapevtik və pediatrikreabilitasiya istiqamətləri üzrə müayinələrdən keçirilib. Eynizamanda, nevroloqlar tərəfindən EMQ (elektromioqrafiya) müayinələridə aparılıb.
Müayinələr zamanı səhhətində müəyyən problemlər aşkarlanansakinlərə həkimlər tərəfindən ətraflı tibbi məsləhətlər verilib vəzəruri hallarda müvafiq müalicə tədbirləri təyin olunub.
Tibbi baxışlar əsasən orta yaşlı əhali arasında onurğa, sinirsistemi, dayaq-hərəkət aparatı, dəri-zöhrəvi və serebrovaskulyarxəstəliklərin erkən aşkarlanmasına yönəlib. Bundan əlavə, 16–65 yaşarası şəxslər arasında skolioz və digər vertebrogen problemlərindiaqnostikası və bərpası aparılıb, 14 yaşadək uşaqlar isə pediatrmüayinəsindən keçirilib.
Aksiya iştirakçılarına institutun fizioterapevt və reabilitoloqlarıtərəfindən profilaktik tövsiyələr də verilib. Bildirilib ki,fizioterapiya prosedurlarının tətbiqi zamanı pasiyentin yaşı, əsasvə yanaşı xəstəlikləri, eləcə də gündəlik həyat fəaliyyəti mütləqnəzərə alınmalıdır.

Aksiya çərçivəsində 215-ə yaxın vətəndaş tibbi müayinələrdənkeçib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuşdigər ərazilərdə də əhali üçün mütəmadi olaraq maarifləndiricitədbirlərin və səyyar tibbi müayinə aksiyalarının keçirilməsinəzərdə tutulur.

“Böyük
“Böyük
“Böyük
“Böyük
Seçilən
10
4
az.trend.az

5Mənbələr