AZ

“Koştanın səfəri Avropa İttifaqı - Azərbaycan münasibətlərində mühüm addımdır” - Deputat

"Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafı baxımından mühüm addım kimi qiymətləndirilə bilər".

Bu fikirləri Redaktor.az-a Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfərindən bəhs edən deputat Aydın Hüseynov bildirdi.

Onun sözlərinə görə, bu səfər tərəflər arasında siyasi dialoqun davam etdiyini və qarşılıqlı marağın mövcud olduğunu göstərir:

"Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında keçirilən təkbətək görüş də iki tərəf arasında açıq və birbaşa müzakirələrin aparılması üçün vacib platformadır. Belə görüşlər adətən enerji əməkdaşlığı, regional təhlükəsizlik və iqtisadi əlaqələr kimi məsələlərin müzakirəsinə imkan yaradır. Eyni zamanda, bu səfər Avropa İttifaqının Cənubi Qafqaz regionuna marağının davam etdiyini göstərir. Azərbaycan isə regionda mühüm siyasi və iqtisadi tərəfdaş kimi diqqət mərkəzində qalır. Ümumilikdə, səfəri tərəflər arasında əməkdaşlığın saxlanılması və yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsi baxımından müsbət siyasi siqnal kimi qiymətləndirmək olar".

Nuriyyə NATİQQIZI

Seçilən
20
1
redaktor.az

2Mənbələr