AZ

Süni intellekt əsaslı rəqəmsal transformasiya üçün ciddi siyasi iradə, strateji üstünlük və imkanlarımız var – Kamal Cəfərov

Bakı. Trend:

Bu gün Azərbaycanın süni intellekt əsaslı rəqəmsal inkişaf üçünçox böyük üstünlükləri və ciddi imkanları var. Ən birinciüstünlüyümüz Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətliliderliyidir, strateji sabitliyimizdir.

Trend xəbərverir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin üzvü Kamal Cəfərov parlamentin bugünkü plenar iclasındaNazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatınınmüzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, ikinci üstünlüyümüz qlobalkorporasiyalarla əməkdaşlıq təcrübəmizdir:

“Bizim süni intellekt və texnologiya nəhəngləri ilə işləmək üçünkifayət qədər böyük institusional bazamız var. Xüsusilə, neft vəenerji sektorunda transmilli şirkətlərlə 30 illik uğurlu əməkdaşlıqtəcrübəmiz bu gün rəqəmsal transformasiya sahəsinə də öz müsbəttəsirini göstərir”.

Deputat əlavə edib ki, üçüncü üstünlüyümüz Azərbaycanda olanmüsbət investisiya mühitidir:

“Son 20 il ərzində ölkəmizə yatırılan 350 milyard ABŞ dollarıməbləğində sərmayə Azərbaycanın necə etibarlı bir tərəfdaşolduğunun ən əyani və beynəlxalq göstəricisidir”.

K.Cəfərovun sözlərinə görə, süni intellekt arxitekturası 5 əsasqat - enerji, hesablama çipləri, virtual yaddaş (bulud), süniintellekt modelləri və tətbiqlərdən ibarətdir:

“Bu zəncirin ən həlledici və təməl həlqəsi məhz enerjiməsələsidir. Bu gün qürurla deyə bilərik ki, regionda Azərbaycanözünü enerji ilə tam təmin edən, qonşu və Avropa ölkələrinə enerjiixrac edən yeganə dövlətdir. Vaxtında Azərbaycanın bərpaolunanyaşıl enerjiyə qoyduğu böyük investisiyalar bizim bu gün və gələcəktexnoloji və rəqəmsal uğurlarımızı şərtləndirəcək əsas amillərdənbiridir.

Süni intellekt modelləri və tətbiqləri üzrə isə aparıcı qlobal,xüsusən də Amerika şirkətləri ilə sıx əməkdaşlıq edirik. Təsadüfideyil ki, ABŞ ilə imzaladığımız strateji xartiyanın ən mühümistiqamətlərindən biri məhz süni intellektin inkişafı məsələsidir.Eyni zamanda Çin və İsrail ilə imzaladığımız sənədlər də süniintellektlə bağlı gördüyümüz işlərə böyük töfhə verəcək.

Süni intellekt əsaslı rəqəmsal transformasiya üçün ciddi siyasiiradəmiz, strateji üstünlüklərimiz və imkanlarımız var. Bu nəhəngpotensialın vahid dövlət siyasəti çərçivəsində, sinxron və sürətləidarə olunması əsas tələbdir”.

Seçilən
37
az.trend.az

1Mənbələr