AZ

Neft çıxmayan ərazilərdə qanunsuz tikilmiş ev və obyektlər özəlləşdirilməlidir – Millət vəkili

Bakı. Trend:

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində zirzəmisi su ilə dolubinaları ilə bağlı heç bir irəliləyiş yoxdur. Qəzalı vəziyyətdəolan yüzlərlə binanın taleyi də yenə növbəti illərə ertələnib.Əminəm ki, dövlət büdcəsindən bircə manat vəsait xərcləmədən özəlsektoru bürokratik basqıdan qorumaq şərti ilə yaxın beş ilmüddətində ölkə ərazisində qəzalı bina söhbətinə son qoyulabilər.

Trend xəbərverir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlarkomitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenariclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqındahesabatının müzakirəsi zamanı deyib.

“Sabunçu qəsəbəsinin kanalizasiya sistemi yetərli səviyyədəolmadığına görə güclü yağış yağan kimi televiziyalar artıq tərəddüdetmədən kameralarını Sabunçu rayonuna göndərirlər. Avtomobilyolunun üzərində əməlli-başlı bir müştərək Balaxanı-Zabrat gölüyaranır. Drenaj yox, nə yağırsa yolun üstünə toplanır və Allahıngünəşi gəlib qurutmayınca günlərlə insanlar palçığa bulaşmışsəkilərdə yürüyürlər”, - deyə o bildirib.

Millət vəkili bildirib ki, Neft Şirkətinə məxsus ərazilərinböyük əksəriyyəti Sabunçu rayonu ərazisindədir:

“Müstəqilliyimizin qazandığımız gündən başlayaraq bu ərazilərdəxeyli qanunsuz evlər, obyektlər tikilib, ərazilərinin boş qalmışxeyli hissəsində də artıq neft də çıxarılmır. Adətən biz büdcəyəvəsait qazandırmanın ən bəsit yolu olan vətəndaşın və sahibkarınhesabına cərimə növlərinin genişləndirilməsi və məbləğininartırılmasına üz tuturuq. Halbuki, artıq neft çıxmayan ərazilərdəqanunsuz tikilmiş evlərin və obyektlərin özəlləşdirilməsindən dahaəhəmiyyətli vəsait büdcəyə cəlb edə bilərik.

Ancaq uzun müddətdir burada nə torpağın təmizlənməsigerçəkləşdirilir, nə 20-30 ildən artıq məskunlaşmış insanlarınevlərinin özəlləşdirilməsi həyata keçirilir, nə də o torpaqlardageniş park massivi salinmasına təşəbbüs göstərilir. Aldığımməlumata görə yeni çəkilən Dərnəgül- Sea-Breeze yolunun Balaxanıyayaxın hissəsində böyük bir park kompleksinin salınması nəzərdətutulur, əlbəttə bu ideyanı alqışlayıram. Eyni parkdan Balaxanı iləZabrat arası yolun sol tərəfinə geniş ərazidə salınması imkanlarınabaxılmasını da hökumətdən xahiş edirəm. Real olaraq 150 minəhalinin yaşadığı Zabarat qəsəbəsində nümunə göstərməyə bircə parktapa bilməzsən. Həm də bunu dövlətin maliyyə vəsaiti ilə deyil,sahibkarları stimullaşdırmaqla etmək mümkündür”.

Məqalədə:
Seçilən
46
2
az.trend.az

10Mənbələr