AZ

Əli Əsədov: Vaşinqton Zirvə Görüşü regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şərait yaradıb  

2025-ci il avqustun 8-də Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutmuş Zirvə Görüşü, bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verib.

AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Vaşinqton Sülh Sammitinin ən mühüm nəticələrindən biri də “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) – Zəngəzur dəhlizinin əsasının qoyulması olub. Bu multimodal marşrut Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək və eyni zamanda, ölkəmiz üzərindən keçən beynəlxalq nəqliyyat və tranzit marşrutlarının şaxələndirilməsinə xidmət edəcək.

Seçilən
1
2
azerbaijan-news.az

7Mənbələr