AZ

FHN yanğın təhlükəsizliyinə dair tədbirlər keçirir

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə Hafta.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə, Xidmət Novruz bayramı münasibətilə keçirilən tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə maarifləndirmə və nəzarət tədbirlərini daha da gücləndirib. Belə ki, Xidmətin əməkdaşları paytaxtın Səbail rayonu ərazisində yerləşən “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasında maarifləndirmə tədbiri keçiriblər.

Tədbirdə xüsusilə Novruz bayramı ilə bağlı yanğın təhlükəsizliyinə dair müvafiq biliklər diqqətə çatdırılıb, suallar cavablandırılıb.

Eyni zamanda, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş olunub, yaddaş kitabçaları, buklet və posterlər paylanılıb.

Qeyd edək ki, silsilə xarakter daşıyan bu səpkili tədbirlər davam etdirilir.

Seçilən
3
3
hafta.az

4Mənbələr