AZ

Zəngilanda Ekoloji məsələlər üzrə İşçi qrupunun iclası keçirilib

Zəngilan. Trend:

Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasınınişğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmişqaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahınınnəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekolojiməsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib.

Trend xəbərverir ki, iclasda İşçi qrupunda təmsil olunan müvafiq dövlətqurumlarının nümayəndələri, həmçinin Cəbrayıl, Qubadlı, Zəngilan,Ağdərə, Xocalı, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Xocavəndrayonları və Xankəndi şəhəri üzrə Azərbaycan RespublikasıPrezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikintivə İdarəetmə xidmətlərinin nümayəndələri iştirak ediblər.

İclas zamanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındahəyata keçirilən infrastruktur layihələri çərçivəsindəyaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyətimüzakirə olunub. Həmçinin xüsusi mühafizə olunan təbiətərazilərinin fəaliyyətinin bərpası, yeni yaradılan milli parklar,həmin ərazilərin biomüxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsialtında olan bitki və heyvan növləri barədə məlumat verilib.

Bununla yanaşı, “Azərbaycan Respublikasının işğaldan azadedilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”çərçivəsində görülən ekoloji tədbirlər və “Böyük Qayıdışa dair IIDövlət Proqramı”nın layihəsi barədə də iclas iştirakçılarıməlumatlandırılıb. Eyni zamanda Oxçuçayın suyunun keyfiyyətinintəbii və antropogen təsirlər fonunda dəyişmə dinamikası da müzakirəmövzularından biri olub.

İclasda iştirak edən digər qurumların nümayəndələri tərəfindəninfrastruktur layihələrinin icrası zamanı ekoloji icazələrlə bağlıqaldırılan məsələlər, eləcə də müvafiq qurumlar arasındakommunikasiyanın gücləndirilməsi və fəaliyyətin daha effektivəlaqələndirilməsi istiqamətində Əlaqələndirmə Qərargahının verdiyitapşırıqların icrası ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
79
az.trend.az

1Mənbələr