AZ

MOSSAD Müctəba Xameneinin öldüyünü, Tramp sağ olduğunu deyir

İsrailin kəşfiyyat qurumu MOSSAD-ın farsdilli sosial media hesabı İranın yeni Ali Rəhbəri Müctəba Xamenei barədə paylaşım edilib.  

“Yeni Sabah” xəbər verir ki, paylaşımda M.Xamenei haqqında sərt ifadələr işlədilib.

Bildirilib ki, İran hakimiyyəti rəhbərlik üçün düzgün seçim etməyib:

“Onlar özlərinə rəhbərlik etmək üçün ölü bir insan seçiblər”.

MOSSAD bu paylaşımla İranın yeni Ali Rəhbərinin öldüyünə işarə edib. Ancaq ABŞ Prezidenti Donald Tramp açıqlamasında onun sağ olduğunu bildirib:

“Yəqin ki, o, sağdır. Amma düşünürəm ki, o, xəsarət alıb”.

Xatırladaq ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana hava zərbələri nəticəsində öldürülüb.

İslam Respublikasının Ekspertlər Şurası martın 9-da Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni Ali Rəhbəri seçib.

Lakin o, indiyədək ictimaiyyət qarşısına çıxmayıb. Nəticədə Müctəba Xameneinin durumu ilə bağlı çoxlu şayiələr yayılıb. Bəzi iddialara görə, ABŞ və İsrailin zərbələri nəticəsində Ali Rəhbər ağır yaralanıb, əməliyyat olunub və hazırda xəstəxanadadır. 

İran Dövlət Teleradiosunun keçmiş aparıcısı Ehsan Kərəmi “X” hesabında Müctəba Xameneinin mədəsindən və ayağından ciddi zədə aldığı barədə paylaşım edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi yeni Ali Rəhbərin yaralandığını təsdiqləyib. Bildirib ki, o, hazırda müalicə alır.

Martın 12-də Müctəba Xamenei xalqa ilk müraciətini edib. Amma müraciət yazılı deyil, səsli formada olub.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
8
yenisabah.az

1Mənbələr