AZ

Əvvəl 13 min idi, indi isə...

Sumqayıt avtomobil bazarında son günlər durğunluq müşahidə olunur. Əvvəllər adam əlindən tərpənmək mümkün olmayan bazarda hazırda sakitlik hökm sürür.

Publika.az xəbər verir ki, satıcıların sözlərinə görə, bunun əsas səbəblərindən biri avtomobillərin qiymətlərinin bahalaşmasıdır.

Satıcılar bildirirlər ki, əvvəllər 13 min manata satılan avtomobillər indi təxminən 15 min manata təklif olunur:

“Qiymətlər ümumilikdə 2000–3000 manat bahalaşıb”.

Oxşar vəziyyət Tovuzda da müşahidə edilir. Qiymətlərin yüksək olması səbəbindən alıcılar demək olar ki, bazara gəlmirlər.

Seçilən
27
publika.az

1Mənbələr